Xəbər lenti

İlham Əliyev təbrik etdi
Siyasət 20:17 21.05.2014

İlham Əliyev təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadiyə təbrik məktubu göndərib.

ANS PRESS-in məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Yəmən Respublikasının milli bayramı – Yəmən birliyi günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və firavanlıq arzulayıram".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->