Ekonomiks 17:30 10.02.2016

Dollar bir az da ucuzlaşdı - Rəsmi

Azərbaycanda dolların rəsmi məzənnəsində dəyişiklik olub.

Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, fevralın 11-nə olan USD/AZN rəsmi məzənnəsi 1,5659 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, Azərbaycanda rəsmi məzənnəyə görə bu gün də 1 dollar 1.5702 manat olub.

Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.

Qaynar.info