Ekonomiks 10:49 05.08.2013

Bu rayonlarda qaz olmayacaq

Bu gün Salyan və Beyləqan rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar “Allahyarlı” Qazpaylayıcı Stansiyasından qidalanan Xocavənd, Yeni Xocavənd, Tuğ və Qarabağlı kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərlərində, saat 12:00-dan 15:00-dək isə “Səlyan-əhali” ölçü qovşağıda təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Salyan rayonunun bir hissəsinə və Beyləqan rayonunun adları çəkilən yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info