Xəbər lenti

Azərbaycana 1 ton qızıl gətirildi
Ekonomiks 14:58 01.03.2013

Azərbaycana 1 ton qızıl gətirildi

AzBu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış və London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troya unsiyası) Britaniyanın «Brinks Qlobal Servisiz» şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.

APA-nın məlumatına görə, bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 3 tona (96 450 troya unsiyası) çatdırılıb.

Qeyd edək ki, martın 1-nə Fondun investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 17 422 kq (560 145 troya unsiyası) təşkil edir.

Xatırladaq ki, yanvarın 1-nə Fondun vəsaitlərinin ümumi həcmi 34 129,4  mln. dollar təşkil edib. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->