Azərbaycan prezidenti İlham Əliyev Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, 44 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3,5 milyon (üç milyon beş yüz min) manatı Saatlı Rayon İcra Hakimiyyətinə ayrılıb.
Şərhlər