Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
"Qaynarinfo"nun məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a açıqlamasında bildirib ki, saat 8:04-də "Həzi Aslanov" Stansiyasında 11 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki problem yaranıb:
"Bu səbəbdən də həmin qatar xətdən çıxarılıb. Ona görə də, "Həzi Aslanov" stansiyasında qatarların hərəkətində fasilə yaranıb. Qatarlar "Əhmədli" və "Neftçilər" stansiyalarından geri qaytarılıb. Təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmayıb. Saat 8:30-dan etibarən stansiyada hərəkət bərpa olunub".
Qaynarinfo.Az
Şərhlər