Xəbər lenti

Neft sürətlə bahalaşır
Ekonomiks 23:45 08.11.2017

Neft sürətlə bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 66,23 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,03 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 65,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 7-də 62,05 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 7-də 64,05 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->