Xəbər lenti

Yunanıstanda Makedoniyalı İskəndərin tunikası tapıldı
Dünya 23:01 31.10.2024

Yunanıstanda Makedoniyalı İskəndərin tunikası tapıldı

Demokrit Universitetinin yunan arxeoloqları digər ölkələrdən olan həmkarlarının iştirakı ilə Vergina şəhərindəki kral məzarlarından birində tapılan tunikanın (Ağ yundan və kətandan qədim Roma geyimi) sahibini müəyyənləşdiriblər. Məlum olub ki, bu geyim əşyasını vaxtilə Makedoniyalı İsgəndər geyinib. 

Qaynarinfo xəbər verir ki, məqalə "Journal of Field Archeology" (JFA) elmi nəşrində dərc olunub.

Əvvəlki araşdırmalar göstəririb ki, Makedoniyalı İskəndərin ailəsinin bir neçə üzvü Verginadakı I, II və III nömrəli kral məzarlarında dəfn edilib. Eyni zamanda, makedoniyalının özünün dəfn olunduğu yer hələ də məlum deyil.

Alimlər müxtəlif sınaq üsullarından və tarixi arayışlardan istifadə edərək I türbədəki qalıqların İsgəndərin atası II Filippə aid olduğunu aşkar ediblər. II türbədəki qalıqlar İsgəndərin ögey qardaşı III Filippə, II türbədəki qalıqlar isə yeniyetmə ikən dünyasını dəyişən oğlu IV Aleksandra məxsusdur.

Amma araşdırmada ən maraqlı obyekt II türbədə qalıqlarla birlikdə tapılan bənövşəyi və ağ tunika olub.

Qaz xromatoqrafiyası və Furye transformasiyasının infraqırmızı spektroskopiyasından istifadə edərək sınaqdan keçirdikdən sonra tədqiqatçılar tunikanın pambıqdan hazırlandığını və bənövşəyi rəngə boyandığını müəyyən ediblər.

Onlar həmçinin qeyd edirlər ki, tunika II türbədəki frizdə Makedoniyalı İskəndər kimi tanınan ovçunun üzərində təsvir edilib. Bundan əlavə, geyim qızıl əsa, palıd çələng və diademin yanında tapıldı, onların qədim Fars və daha geniş mənada İsgəndərlə əlaqəsi olduğu güman edilir.

Tədqiqatçılar onun qardaşının ölümündən sonra III Filippin tacqoyma mərasimi ilə bağlı ola biləcəyindən şübhələnsələr də, tunikanın qızıl əşyalarla birlikdə qəbirdə niyə unudulduğunu izah edə bilməyiblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->