Xəbər lenti

DOST Mərkəzi olan binadakı güclü yanğın söndürüldü (YENİLƏNİB/VİDEO)
Video 21:22 31.10.2024

DOST Mərkəzi olan binadakı güclü yanğın söndürüldü (YENİLƏNİB/VİDEO)

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Bu barədə Qaynarinfo-ya nazirliyin Mətbuat Xidməti məlumat verib.


Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.



20:55

 

Xırdalanda DOST Mərkəzinin yerləşdiyi binada güclü yanğın başlayıb.


Qaynarinfo xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşən  Gənclər şəhərciyində qeydə alınıb.


Yanğınla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->