Xəbər lenti

Azərbaycan nefti ucuzlaşdı
Ekonomiks 23:50 13.11.2017

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 10-da 65,63 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,34 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 10-da 64,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 10-da 62,1 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 10-da 64,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,25 dollar/barel azdır.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->