Xəbər lenti

Lavrovdan Qarabağ açıqlaması
Siyasət 14:36 07.12.2017

Lavrovdan Qarabağ açıqlaması

"Rusiya həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə qarşılıqlı faydalı həllərin axtarışında yardımı davam etdirəcək".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-ə üzvü olan ölkələrin xarici işlər nazirləri Şurasının Vyanada keçirilən illik iclasında deyib.

Onun sözlərinə görə, bu həll yolları Rusiya, ABŞ və Fransa prezidentlərinin dəfələrlə təsdiq etdiyi prinsiplərə uyğun olmalıdır.

Sergey Lavrovun fikrincə, münaqişənin həllinə töhfə vermək ATƏT-in fəaliyyətinin vacib istiqamətlərindən biridir.

O, ATƏT-in terrorizmə qarşı mübarizədə fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, ATƏT-in təşkilat məkanında, həmçinin siyasi sahədə gərginliyin azaldılmasına kömək edə biləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ATƏT-in iclasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox XİN başçısı iştirak edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->