Dünya 11:18 04.02.2018

Cənubi Kiprdə prezident seçkiləri keçirilir

Bu gün Cənubi Kipr Respublikasında prezidenti seçkilərinin 2-ci turu keçirilir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ilk turu yanvarın 28-də keçirilən seçkilərdə heç bir namizəd minimum 50% səsi toplaya bilməmişdi. Bu gün ötən səsvermədə ən çox səs toplamış iki namizəd - hazırkı prezident Nikos Anastasiadis Stavros Malas mübarizə aparır. Mühafizəkarların nümayəndəsi olan Anastasiadis 28 yanvarda 35,5%, sol yönümlü Malas isə 30,25% səs toplaya bilmişdi.

Səsvermə saat 18:00-da başa çatacaq.

Gülşən