Xəbər lenti

Fədayə Laçınla bağlı məhkəmə qərarı
Ölkə 14:45 17.05.2018

Fədayə Laçınla bağlı məhkəmə qərarı

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb.

Bu barədə Modern.az-a məlumat verən vəkil Türkel Süleymanlı deyib ki, Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Fədayə Laçının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb:

"Həbs müddəti avqustun 23-dək artırılıb”.

Vəkil bildirib ki, F.Laçının saxlanma şəraitindən hər hansı şikayəti yoxdur. 

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan qabaq, F. Laçın barədə olan həbs qərarı bir dəfə uzadılıb və onun həbs müddəti mayın 23-də başa çatırdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->