Xəbər lenti

Vacib tövsiyyələr: İldırımdan necə qorunmalı? (VİDEO)
Video 21:48 18.06.2018

Vacib tövsiyyələr: İldırımdan necə qorunmalı? (VİDEO)

Hər il dünyada 3000-ə yaxın insan ildırımvurma nəticəsində dünyasını dəyişir. Xüsusilə bu mövsümdə belə hallara tez-tez rast gəlinir. Bu isə ildırımvurma hallarından qorunmaq məsələsini aktuallaşdırır. Bununla bağlı Fövqaladə Hallar Nazirliyinin də xəbərdarlığı var.

Bəs yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün nə etməli?

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin mütəxəssislərin rəyinə görə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu, ildırımın baş verəcəyindən xəbər verir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru əyilmək tövsiyə olunur. Bu "embrion vəziyyəti" adlanır.

Yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur. Şimşək çaxan vaxt çətirlə gəzmək də məsələhət deyil. Çünki çətirin metal çubuqları da ildırımı cəlb edir.

Bundan əlavə, insanlar ildırım çaxan zaman açıq havdadırlarsa ən azından bir-birlərindən 1 metr yarım, 2 metr aralı dayanmalıdırlar.

Təhlükə vaxtı avtomobili ağac altında saxlamaq olmaz. İslanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır. Traktor, kombayn, otbiçən maşın, motosiklet, velosiped və sair bu kimi vasitələrdən 30 metr aralı dayanmaq məsləhətdir. Yağışlı ildırımlı havada çöldə və evdə telefonla danışmaq olmaz. Hər bir metal əşya elektrik keçiricisi olduğundan ildırımı özünə cəlb edir.

İldırım çaxarkən mənzildəsinizsə, elektrik cihaz və avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın. Radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın. Təhlükə vaxtı mənzilləri tərk etməyin, çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir. İldirim xüsusilə evlərin üstündəki anetnaları vurur. Bu zaman antenalar torpaqlanmalı və ildırım boşaldıcı sistem quraşdırılmalıdır.

İldırımvurma nəticəsində insan orqanizində bəzi pataloji dəyişikliklər də baş verir. Tənəffüs və ürək qan - damar sisteminin fəaliyyəti pozulur, eşitmə, görmə qabiliyyəti, şüur və hətta yaddaş itə, bədəndə yanıqlar ola bilər. İldırımvurma zamanı ürək və tənəffüs fəaliyyəti pozulduğu üçün ilk növbədə zərərçəkmişə həkim gələnə qədər ürəyi massaj etmək və süni tənəffüs vermək lazımdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->