Dünya 11:56 10.08.2018

Yəməndə ginekoloji səbəbdən 90 min qadın ölə bilər

BMT Əhali Fondu Yəmənin Əl Hudayda şəhərində yaşayan 90 min qadının ginekoloji səbəblərdən dolayı ölüm təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qadınların 14 mini hamiləliklə əlaqədar problem yaşayır. Şəhərə ginekoloqların göndərilməsi təmin edilsə də, qarşıdurmalar xəstələrin xəstəxanalara çatdırılmasına maneə törədir. 4 ildir vətəndaş müharibəsinin hökm sürdüyü Yəməndə ana ölümləri artıb. 

Qeyd edək ki, ölkədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstək verdiyi hökümət qüvvələri və İranın dəstəklədiyi müxalif qüvvələr arasında vətəndaş müharibəsi hökm sürür.

Gülşən