Dünya 12:18 18.11.2018

Ağ Evdə növbəti istefa

ABŞ-ın Səudiyyə Ərəbistanla münasibətlərindən məsul olan şəxs Kristen Fontenrouz istefa verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Fontenrouz qısa müddət əvvəl jurnalist Camal Qaşıqçının öldürülməsinə görə Səudiyyəyə sanksiya tətbiq edilməsinə nail olmuşdu. 

İstefanın dəqiq səbəbi hələlik qeyri-müəyyəndir, lakin Fontenrouzun Səudiyyəyə, Vəliəh Şahzadə Məhəmməd ibn Salman və onun köməkçisi Suud Əl Kahtaniyə qarşı sərt mövqeyinin Ağ Evdə narazılığa səbəb olduğu bildirilir.

Gülşən