CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 20-də 65,78 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 2,16 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 20-də 64,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,19 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 20-də 60,27 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 2,29 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 20-də 62,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,2 dollar/barel azdır.
Şərhlər