Ölkə 22:12 26.12.2018

2019-cu ildə bürcləri nə gözləyir?

Donuz ili üzərində təhvil olunan 2019-cu il bürclərə nə vəd edir?

Bürclərin yeni ildəki gözləntilərini təqdim edirik:

Qoç

Qoçların maddi vəziyyətlərində dəyişiklik olacaq. Karyera üçün mühüm ildir. Səhhətlərinə fikir verməlidirlər. Sevgi həyatı dəyişkən və hərəkətli olacaq. Bəzi məsələlərdə plan qurmağın vaxtıdır. İyulda ailə məsələləri ön plana çıxacaq.

Buğa

Buğalar üçün bir çox sferada dəyişiklik olacaq. Maddi vəziyyətlərinə nəzarət etməlidirlər. Astagəl olan buğalar üçün bu il bir qədər hərəkətli keçəcək. Sevgi məsələlərində həssas və qayğıkeş olmalıdırlar. Münasibətləri yolunda getməyən buğaları ayrılıq gözləyir. Təhsil, səyahət və yeni əlaqələr üçün əlverişli ildir. Problemlərini yay aylarında həll etsələr, daha yaxşı olar.

Əkizlər

Subay əkizlər üçün uğurlu ildir. Ailə qurmaq istəyənlərin bəxti gətirəcək. Münasibətdə olan əkizlər isə bir pillə də irəli gedəcək. Bizneslə məşğul olan əkizlər diqqətli olsunlar. Hər şeyi qanun çərçivəsində etməyə çalışsınlar. Yay aylarında əkizləri maddi baxımdan dəyişiklik gözləyir.

Xərçəng                  

Xərçənglərin bu il dostluq münasibətləri ön plana çıxacaq. İş həyatında və sağlamlıqlarında uğurlu il olacaq. Səhhəti pis olanlar sağalacaq. Eyni zamanda stressə diqqət etməldiirlər. Evlilik və eşq münasibətləri bir qədər yorucu ola bilər. Bununla belə, bir sıra yeni başlanğıclar və biznes sahəsində irəliləyişlər gözlənilir. Ailə qurmaq məsələlərində xərçənglərin sınaq ilidir. İyulda bəzi xoşagəlməz hadisələr yaşana bilər. Həmin müddətdə tarazlığı qorumağa çalışsınlar.

Şir

Karyeralarında gözlənilməz dəyişikliklər olacaq. Sevgi münasibətləri üçün uğurlu ildir. Əyləncələrə ayırdığınız vaxtı bir qədər azaldın. İş həyatında və səhhətinizə qarşı diqqətli olun. Özünüə vaxt ayırmağı da yaddan çıxarmayın. Bəzi qərarları sürətlə qəbul edəcəyiniz bir il gözlənilir.

Qız

Təhsillə bağlı mühüm irəliləyişlər olacaq. Ailə həyatınızda dəyişikliklər yaşanacaq. Problemlərin öhdəsindən gələ biləcəksiniz. Bu il bəxtinizə o qədər arxayın olmayın. Hər şeyi yoluna qoymaqda bir qədər çətinlik çəkə bilərsiniz. Sevgi münasibətlərinizdə yeni insanlarla tanışlıq gözlənilir. Səyahətə çıxacaq, maraqlı məşğuliyyətlər kəşf edəcəksiniz.

Tərəzi

Bu il bir qədər borca düşəcəksiniz. Ünsiyyət qurmaq baxımından çətin il olacaq. Çətinliklə də olsa arzuladığınız hədəfə çatacaqsınız. Ailədaxili məsələlər bir qədər çətinlik yaradacaq. Karyeranızı və maddi durumunuzu diqqətdə saxlayıb. Ailədə problemlərin çoxluğu bu ili bir qədər yorucu edəcək. Bununla bağlı daha çox ilin əvvəlində və sonunda çətinlik yaşayacaqsınız.

Əqrəb

2019-cu ildə evliliyinizə diqqət edin. Qərarları qəbul edərkən tələsməyin. Maddi vəziyyətiniz düzələcək. Bəzi problemlər öz həllini tapacaq. Bəzən səhv başa düşüləcək, bəzən isə yaxınlarınızla münasibətiniz korlanacaq. Bu nöqtədə özünüzə nəzarət etməyi öyrənin.

Oxatan

Səhhətinizə fikir verin. Gərgin iş qrafikində özünüzü yormayın. 2019-cu il istirahət iliniz olmalıdır. Maddi sıxıntılar yaşaya bilərsiniz, ancaq sonar hər şey yoluna düşəcək. Pul məsələlərində diqqətli olun. Səyahətə daha çox vaxt ayırın.

Oğlaq

Depressiya və stressə son qoymağın vaxtıdır. Hadisələr xaotik görünə bilər, amma müsbət irəliləyişlər olacaq. Eşq həyatınızda dəyişiklik gözlənilir. Yay aylarında evlilik gözlənilir. Maddi durumunuz da düzələcək.

Dolça

Ailə, dostluq münasibətlərində diqqətli olun. Şansınız gətirəcək və maddi durumunuz düzələcək. Bəzi hadisələrə qarşı səbr göstərin. Xüsusilə, ailə və sağlamlıq məsələlərində ehtiyatlı olun.

Balıqlar

Münasibətlərinizdə dəyişiklik ola bilər. Ancaq bu, sizing xeyrinizə olacaq. Karyera və iş həyatınız üçün uğurlu ildir. İlboyu gözüaçıq və təşəbbüskar olmaqda fayda var. Qarşınıza əla fürsətlər çıxacaq. Sevgi münasibətinizdə səhv qərarlar verə bilərsiniz. Bu səbəbdən soyuqqanlı və səbrli olun. İlin ikinci yarısından karyeranızda mühüm dəyişikliklər gözlənilir. (Qafqazinfo)