2019-cu ilin ən etibarlı avtomobili (SİYAHI)

2019-cu ilin ən etibarlı avtomobili (SİYAHI)

Amerikalı mütəxəssislər 2019-cu ilin ən etibarlı avtomobilinin adını açıqlayıblar.

"Ölkə.Az” xəbər verir ki, "JD Power” analitika şirkəti Şimali Amerika bazarında ən etibarlı avtomobillərin siyahısını hazırlayıblar. Məlum olub ki, artıq ikinci ildir ki, Cənubi Koreya şirkətləri siyahıya liderlik edirlər. Bu, "Genesis”, "Kia” və "Hyundai” brendləridir.

Məlum olub ki, bu avtomobillərin keyfiyyətli avtomobil siyahısında reytinqi yüksəlib. 22 mükafatdan 6-sına layiq görülüb.

Bazarda ən çox satılan avtomobillər "Kia”nın payına düşüb. "Rio” modeli daha populyar və problemsizdir. "Sorento” modeli isə orta ölçülü avtomobillər siyahısında birincidir.

Kiçik ölçülü krossover kimi "BMW X1” birinci yerə layiq görülüb. Orta sinif üçün isə "Hyundai Tucson” birinci yeri tutub. Premium sedanlar arasında "Acura İLX” modeli liderdir. Kompakt şəhər maşınları seqmentində isə "Toyota Corolla” modeli birincidir.

Lüks krossoverlər siyahısına "BMW X6” liderlik edir. "Nissan Maxima” isə tamölçülü ən yaxşı sedan hesab edilir. Ən yaxşı tamölçülü yolsuzluq avtamobili isə "Ford Explorer”dir.
XƏBƏRLƏR
BLOGLAR