Ölkə 16:27 17.04.2019

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Vidadi İsa oğlu İsayevi ordenlə təltif edib. 

Qaynarinfo xəbər verir ki, prezidentin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə V.İsayev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub.

2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 3 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin 21 dekabr 2017-ci il tarixli sərəncamı ilə "Əmək” ordeni ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir.