Kimisi romanları kitabdan oxumağı sevsə də, kimisi də film olaraq izləməyi daha çox üstünlük verir.
Ədəbiyyat və incəsənət bir-birindən ayrılıqda çox özəl sənətlər olsalar da, ikisinin rəqsi bəzən uyumsuz, bəzən isə çox baxımlı alınır.
Qələmlə yaradılmış təsvirin gücünün, təsəvvürlərinin, duyğularının, arzularının ifadə edilməsini təmin etmək həqiqətən çətin bir məsələdir.
Bu gün sizə romanlar əsasında çəkilən 10 filmdən bəhs edəcəyik.
"Vəba günlərində eşq" ("Love in the Time of Cholera”)
Nobel mükafatçısı Qabriel Qarsia Markesin "Vəba günlərində eşq” (ispanca "El amor en los tiempos del cólera”) romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqqındadır.
Əsərin qəhrəmanı Florentina Ferminaya əbədi məhəbbət bəxş edəcəyini desə də, o daha imkanlı şəxsə doktor Xuvenal Urbinoya ərə gedir. Ancaq bütün çətinliklərə, qadağalara baxmayaraq Florentina öz məhəbbətindən bir addım da geri çəkilmir və sevgilisinə qovuşacağı günə olan inamı onu heç vaxt tərk etmir.
Qabriel Qarsia Markesin eyniadlı romanı əsasında ssenariləşdirilən filmdə Florentino Arizanın eşqini, uzun sürən hicran yaşantısını və 53 il səbrlə sevdiyini gözləməsini izləyirik.
"Mirvari sırğalı qız" ("Girl with a Pearl Earring”)
Mirvari sırğalı qız ( holland dilində "Het meisje met de parel") holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar.
1999-cu ildə Trasi Çevalier bu tablonun yaranmasından bəhs edən ""Mirvari tanalı qız" adlı tarixi roman yazıb. Romanda Vermeerin şəklin çəkilməsi üçün pulla tutlmuş Qriet adlı (uydurma) qulluqçu ilə yaxınlığından və "Mirvari tanalı qız" əsəri çəkilərkən Qrietin onun arvadının mirvari sırğasını taxdığından bəhs edilir. Bu romanın motivləri əsasında 2003-cü ildə baş rolda Skarlett Yohanssonun oynadığı eyni adlı film çəkilmiş və 2008-ci ildə tamaşaya qoyulub.
"Eşq və Qürur" ("Pride & Prejudice”)
Ceyn Ostinin "Eşq və Qürur"u klassik dövr romanları arasında əhəmiyyətli bir yerə sahibdir. "Eşq və Qürur" 18-ci əsr İngiltərəsində keçən unudulmaz bir eşq hekayəsini mövzu alır.
Orta səviyyəli bir ailənin ağıllı və şən qızı ilə qürurlu və məğrur olmasının yanında son dərəcə dürüst və varlı gənc bir adamın az qala nifrətlə başlayan əlaqələrinin böyük bir eşqə dönüşünü izah edən bu kitabda, biri qürurlu digəri qərəzli iki insanın zaman irəlilədikcə yanıldıqlarına və bir-birlərinə etdikləri o qədər haqsızlığın yalnız eşqlə kompensasiya edilə biləcəyinə şahid olacaqsınız.
Eyni adlı roman əsasında ekranlaşdırılmış film 2005-ci ildə tarix yazıb. Ceyn Ostinin roman qərhəmanlarını tanınmış Hollivud aktyorları Metyu Makfeyden və Kira Naytli canlandırıblar.
"Küləklə sovrulanlar" ("Gone with the Wind”)
"Küləklə sovrulanlar" - amerikan yazıçısı Marqaret Mitçellin məşhur romanı. 1936-cı ildə dərc olunmuşdur. Pulitser mükafatı alıb. Əsərdəki hadisələr Amerika Vətəndaş Müharibəsi və Amerika Birləşmiş Ştatlarının yenidən qurulduğu bir dövrdə Corciya ştatının Kleyton əyalətində və Atlanta şəhərində cərəyan edir. Bitki plantasiyası sahibinin qızı olan gənc Skarlet Oharanın Şermanın dağıdıcı "Dənizə yürüşündən" sonra səfalətdən çıxmaq üçün hər cür vasitədən istifadə etməli olan mübarizələrindən bəhs edilir. Bu tarixi roman bildunqsroman janrında yazılmışdır və adı Ernest Dausonun bir şeirindən götürülüb.
Filmi isə 1939-cu ildə istehsal edilmiş ABŞ-da çəkilib. Filmdə göstərilən hadisələr 1861-ci ildə ABŞ-da baş vermiş vətəndaş müharibəsini əks etdirir. Film 14 dəfə Oskar mükafatına namizəd görülüb və bu mükafatlardan 10-nu qazanıb. Marqaret Mitçellın qələmə aldığı roman bir qadının nələrə qadir olmasını əks etdirən sənət əsəridir.
"Mələklər və İblislər" ("Angels and Demons")
"Mələklər və iblislər" Den Braun tərəfindən yazılmış romandır.
"İllüminati”. Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də… Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəfmüqabili öz şəxsi araşdırmalarına başlayırlar və… tezliklə inanılmaz nəticələr əldə eləyirlər…
İstehsalçısı ''Sony'' şirkəti olan film 15 May 2009-cu ildə nümayişə girmiş və baş rolunda isə 'Tom Hanks' oynamışdır. ''Sony'' Şirkəti 2003-cü ildə "Dan Brown" ilə əsərlərinin film halına çevrilməsi üçün razılaşıb.
"Qeyd dəftəri" (gündəlik) ("The Notebook”)
Romantik-dram janrında ekranlaşdırılan bu əsər, deyilənlərə görə, yazıçı Nikolas Sparksın bioqrafik əsəridir. Ailəsiylə birlikdə tətilə gələn Elli burada yaşayan Noy adlı bir gənclə yaxınlaşmağa başlayır. Aralarındakı sinfi və iqtisadi fərqlərə baxmayaraq gənclər düşünür ki, bir-birlərinə duyduqları hissə heç nə maneə törədə bilməzlər. Onlar doyunca eşqlərini yaşamaq istəyirlər, amma çox vaxt işlər planlaşdırıldığı kimi yaxşı getmir.
"Yaşıl Mil" ("Green Mile")
"Yaşıl Mil" qorxu romanlarının ustası olan Stiven Kingin ən yaxşı romanlarından biri hesab olunur. Əsərdə baş verən hekayələr 1932-ci ildə Amerikada gerçəkləşir. Ən qatı qatillərin tutulduğu Could Mountain həbsxanası E bloku ilə məşurdur. Elektrikli stula gedən son dayanacaq buradır. Edam olunan qatillərin elektrik stuluna aparıldığı dəhliz yaşıl rəngdədir. Əsər də adını məhz buradan alıb.
Əsərin motivləri əsasında 1999-cu ildə çəkilmiş və baş rollarda Tom Henks, Maykl Klark Dunkan, David Morse-un çəkildiyi "Green Mile” filminə baxmağı da unutmayın.
"Uzun nişan" ("Un long dimanche de fiançailles” (A Very Long Engagement)
Sebestian Japrizonun eyni adlı romanı əsasında rejissor Jan-Pyer Jenenın yaratdığı film. Filmdəki hadisələr I Dünya Müharibəsindən bəhs edir. Matilda cəbhəyə gedən nişanlısının ölüm xəbərini alır. Ancaq Matilda buna inanmır və hadisəni araşdırmağa başlayır. O, öz hisslərinin doğruluğunu sübut edə biləcəkmi?
"Kitab oğrusu" ("The Book Thief")
"Kitab oğrusu" Avstraliyalı yazar Markus Zusak tərəfindən qələmə alınmış romandır. Kitab faşist Almaniyası haqqında son dərəcə sıx bir şəkildə bu tarixdən alınan qeydlər ilə birlikdə ölümü izah etməkdədir. II Dünya Müharibəsinin yaxınlaşdığı bu günlərdə, bir ögey ana və ata ilə birlikdə yaşayan gənc qız, evlərində gizlətdikləri gənc ilə aralarındakı münasibəti onlara izah edir. İlk olaraq 2005-ci ildə nəşr olunan kitab bir çox mükafat qazanmış və 230 həftə ərzində "New York Times"in ən çox satanlar siyahısında yer alıb.
"Kitab oğrusu" filmi Markus Zusak eyniadlı kitabından çəkilən film, II dünya müharibəsi dövründə nasistlərin səbəb olduğu faciələri kiçik qız Lieselin gözü ilə və Əzrayılin dilindən anladır.
Kommunist anası tərəfindən övladlıq verilən Lieselin oxuma-yazma bilmir, yeni atalığı Hansın köməyi ilə bu səddi asan kiçik qızda böyük bir kitab oxuma arzusu yaranır. Bütün kitabların yığılaraq meydanda yandırıldığı şəhərdə oxumaq üçün kitab tapmaq çətin və təhlükəlidir. Böyük gözləntilərə rəğmən film çoxları üçün xəyal qırıqlığı oldu. Hətta Williamsın musiqisi belə filmi xilas edə bilmir və indiyədək çoxsaylı tənqidlər alır. Qazandığı yeganə mükafat da ” film musiqisi” üzrə olub. Buna baxmayaraq filmin büdcəsi 19 milyon, gəlir isə 61 milyondur.
"Ceyn Eyr" ("Jane Eyre")
Ceyn Eyr 16 oktyabr 1847-ci ildə İngiltərənin "Smith, Elder & Co." nəşriyyatı tərəfindən nəşr olunmuş əsərdir. Bu əsər Şarlotta Brontenin ilk çapdan çıxmış romanıdır.
Romanı əsasında çəkilmiş eyni adlı film Ceyn Eyr adlı qızın taleyindən, onun həyat mübarizəsindən bəhs edir.
Röya
Qaynarinfo
Şərhlər