CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,29 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.
Şərhlər