Ölkə 14:46 11.08.2019

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qaynarinfo xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "Instagram” səhifəsində edilən paylaşımda deyilir:

"Əziz həmvətənlər, Qurban bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm. İnsansevərlik, xeyirxahlıq, paylaşmaq, mərhəmət hisslərinin rəmzi olan bu müqəddəs gündə xalqımıza cansağlığı, xoş güzəran, əmin-amanlıq, tükənməyən sevgi arzu edirəm. 

Allah dualarınızı qəbul etsin!"