Xəbər lenti

İsa Qəmbər Müsavat başqanlığına qayıdır? (AÇIQLAMA)
Siyasət 15:27 18.09.2019

İsa Qəmbər Müsavat başqanlığına qayıdır? (AÇIQLAMA)

Mətbuatda yayılan məlumatlara görə, yaxın günlərdə Müsavat Partiyasının IX qurultayı keçiriləcək. Bu qurultayda partiyanın yeni başqanının seçiləcəyi gözlənilir.

Bu barədə Modern.az-a danışan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı mübahisəli məqamlara aydınlıq gətirib. O partiya başqanlığına namizədlərin gələn həftə qeydə alınacağını söyləyib:

"Müsavat Partiyasının Divanı partiya Məclisinin ona verdiyi səlahiyyətdən istifadə edərək, 9-cu qurultayın keçirilməsi haqqında qərar qəbul etdi. Qurultay oktyabr ayının 17-nə təyin edildi. Hələlik namizədlərin irəli sürülməsi və qeydə alınması işinə start verilməyib. Bu məsələ Qurultaya Hazırlıq üzrə  Təşkilat Komitəsinin səlahiyyətindədir. Növbəti həftənin birinci günü bu barədə məlumat veriləcələk.

Amma partiya üzvlərindən artıq namizədliklərini irəli sürəcəyini bildirənlər var. Artıq sosial şəbəkələrdə Tofiq Yaqublu və Yadigar Sadıqlı öz namizədliklərini irəli sürəcəklərini açıqlayıblar. Partiyanın Divanında başqa bir nəfər də namizədliyini irəli sürəcək. Lakin hələlik özü açıqlamadığına görə, mən də açıqlamıram”.
İsa Qəmbərin yenidən başqanlığa namizəd olacağı haqqında iddialara da münasibət bildirən G. Aslanlı bunu təkzib edib:
"İsa bəyin namizəd olub-olmayacağı haqqında qızğın müzakirələr aparılır. Bir neçə gün əvvəl internet televiziyaların birində İsa bəyin müsahibəsi yayıldı. Bu sual ona veriləndə, qəti şəkildə inkar etdi və  namizədliyini irəli sürməyəcəyini vurğuladı”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->