Ölkə 12:20 09.10.2019

Nazir yeni baş direktor təyin etdi

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına baş direktor təyin edilib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb.

Əmrə əsasən, Şamaxı Müalicə Diaqnostika Mərkəzinin baş həkiminin müalicə işləri üzrə müavini Şöhrət Abdulla oğlu Abdullayev Rayon Mərkəzi Xəstəxanasına baş direktor təyin edilib.