"YouTube" 2015-ci ildən etibarən fəaliyyət göstərən "Gündəm" səhifəsi və "Trending Now" (Trenddə olanlar) siyahısını qarşıdakı bir neçə həftə ərzində tamamilə ləğv edəcəyini elan edib.
Qaynarinfo xəbər verir ki, 10 ilə yaxındır platformada mövcud olan bu bölmələrin yerinə istifadəçilər bundan sonra "YouTube Charts" vasitəsilə mövzu və kateqoriya əsaslı populyar məzmunlara baxa biləcəklər. Həmçinin kəşfet və fərdiləşdirilmiş alqoritmik tövsiyələrlə istifadəçilərin yeni videolar kəşf etməsi davam etdiriləcək.
"YouTube" bu qərarın istifadəçi vərdişlərindəki dəyişikliklərlə əlaqədar olduğunu bildirib. Şirkət "Trending Now" səhifəsinin əvvəlki illərdə ümumi bir mənzərə təqdim etdiyini, lakin hazırda fərqli icmaların müxtəlif mövzular üzrə məzmunlar istehsal etdiyini və mikro-trendlərin formalaşdığını vurğulayıb. Bu səbəbdən, tək bir siyahı ilə populyar məzmun təqdim etməyin artıq effektiv olmadığı qeyd edilib.
Platforma həmçinin "TikTok" və "Shorts" kimi qısa video formatlarının "Trending Now" səhifəsinə marağı əhəmiyyətli dərəcədə azaltdığını etiraf edir. Xüsusilə son beş il ərzində bu səhifəyə baxış saylarında ciddi geriləmə müşahidə olunub.
Bu tendensiya "YouTube"un da məcburi şəkildə dəyişməsinə səbəb olur: daha sürətli istehlak edilən, səthi və saniyələr içində bitən videoları önə çıxaran modellər qurulur. Nəticədə platformanın da "TikTok"a bənzər şəkildə "çöp məzmunlarla" dolması və gənc nəsli cəlb etmək üçün daha az keyfiyyətli videolarla gündəmdə qalmağa çalışması mümkündür.
Aydın
Şərhlər