XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi
Texnologiya14:18 22.09.2026

"Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi

Çinin texnologiya nəhəngi "Alibaba" süni intellekt (AI) sahəsində yeni çipini təqdim edib. Şirkət “Zhenwu V900” adlı prosessorun hazırda Çində hazırlanmış ən güclü süni intellekt çipi olduğunu bildirir.

Qaynarinfo xəbər verir ki, "Alibaba"nın baş icraçı direktoru Eddi Vu yeni çipi şirkətin Hançjou şəhərində keçirilən illik Apsara konfransında təqdim edib. Onun sözlərinə görə, “Zhenwu V900” əvvəlki nəsil “Zhenwu M890” ilə müqayisədə təxminən üç dəfə yüksək məhsuldarlıq təmin edir. Çip 500 minədək vahiddən ibarət klasterlər şəklində birləşdirilərək böyük və mürəkkəb süni intellekt modellərinin hazırlanmasında istifadə oluna bilər.

Şirkət V900-ün kütləvi istehsalına və kommersiya istifadəsinə 2027-ci ilin birinci rübündə başlanmasını planlaşdırır. "Alibaba" çipi özünün T-Head bölməsi vasitəsilə hazırlayıb.

"Alibaba" AI modelini də böyüdür

Şirkət yalnız çip istehsalı ilə kifayətlənmir. "Alibaba" 5 trilyondan 10 trilyona qədər parametrə malik yeni süni intellekt modeli üzərində işləməyi planlaşdırdığını açıqlayıb.

Müqayisə üçün, şirkətin hazırkı Qwen 3.8 Max modelinin 2,4 trilyon parametrə malik olduğu bildirilir. Parametrlər AI modelinin təlim zamanı öyrəndiyi nümunələri və əlaqələri müəyyən edən daxili dəyişənlərdir; parametr sayının artması modelin miqyası barədə göstəricilərdən biri hesab olunur.

"Alibaba" həmçinin Qwen komandasında modellərin özünü təkmilləşdirməsi istiqamətində araşdırmalar aparıldığını açıqlayıb.

Məlumat mərkəzlərinə milyardlarla dollarlıq genişlənmə

Yeni çip "Alibaba"nın daha geniş AI strategiyasının bir hissəsidir. Şirkət Alibaba "Cloud"un qlobal məlumat mərkəzlərinin ümumi gücünü 2032-ci ilə qədər 20 giqavatdan yuxarı səviyyəyə çatdırmağı planlaşdırır. Bu hədəf süni intellekt xidmətlərinə artan hesablama tələbatını qarşılamaq məqsədi daşıyır.

Alibaba son illərdə AI modelləri və çiplərinə böyük həcmdə investisiya yatırıb. Bununla yanaşı, "Reuters"in məlumatına görə, AI investisiyaları şirkətin maliyyə nəticələrinə də təsir göstərib: son rübdə xalis mənfəət marja təzyiqi fonunda 75% azalıb. Eyni zamanda AI bulud və hesablama xidmətlərindən əldə olunan gəlirlər əhəmiyyətli dərəcədə artıb.

Şəbnəm İbrahimxəlilova