Xəbər lenti

FT: ABŞ-ın
Dünya 21:52 12.07.2025

FT: ABŞ-ın "holland xəstəliyi" var

Artmaqda olan dövlət borcu Birləşmiş Ştatlar üçün ixraca yönəlmiş yeni bir "təbii resurs"a çevrilib.

Qayanrinfo xəbər verir ki, bunu Böyük Britaniyanın "The Financial Times" qəzeti yazıb.

"Məsələ onların nə dediyi deyil, nə etdikləridir. ABŞ təxminən 2000-ci ildən bəri borcu təbii resurs kimi kəşf edib və o vaxtdan bəri onu ixrac edir. ABŞ-ın "holland xəstəliyi" var. Onun ixracı dollardır", deyə materialda qeyd olunur.

Qəzet xatırladır ki, "holland xəstəliyi" anlayışı 1960-cı illərin sonlarında Niderlandda baş verən iqtisadi transformasiyanı izah edir. Həmin dövrdə ölkə Şimal dənizində təbii qaz yataqları aşkarlamış və bu resursları digər ölkələrə ixrac etməyə başlamışdı. Nəticədə, ixrac həcmi kəskin şəkildə artmış, lakin yerli istehsal geriləmişdi. Məsələn, toxuculuq sənayesində 15%-lik, ayaqqabı sənayesində isə 50%-dən çox azalma qeydə alınmışdı.

Məqalədə bildirilir ki, son 25 ildə ABŞ iqtisadiyyatına nəzər saldıqda, cari əməliyyatlar balansının kəsiri faktiki olaraq "davamlı ixrac” kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, iyun ayında amerikalı sahibkar İlon Mask mövcud maliyyə siyasəti, o cümlədən dövlət borcu səbəbilə ABŞ-ın defolt riski ilə üz-üzə olduğunu bəyan etmişdi. O, bu fikri "X" sosial şəbəkəsində bir istifadəçinin paylaşımına cavab olaraq səsləndirmişdi. Mask qeyd etmişdi ki, hazırda ABŞ-da vergi gəlirlərinin 25%-i dövlət borcunun faizlərini ödəməyə sərf olunur. Dövlət borcunun həcmi isə 37 trilyon dollar təşkil edir. Bununla yanaşı, büdcə gəlirləri 5 trilyon dollar səviyyəsindədir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->