Xəbər lenti

"Conrad Construction" qanun pozuntusuna görə cərimələndi
Ölkə23:28 30.10.2026

"Conrad Construction" qanun pozuntusuna görə cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Conrad Construction” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə tərtib olunub və şirkət 1000 manat məbləğində cərimə edilib.

İş materiallarına əsasən, şirkətin nizamnamə kapitalı tam ödənilsə də, bu barədə müvafiq qeydiyyat orqanına qanunvericilikdə nəzərdə tutulan 5 iş günü ərzində məlumat verilməyib.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə şirkət inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat cərimələnib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti verərək onun ləğvini istəyib.

Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız hesab edib. Nəticədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Qərar qətidir və ondan şikayət verilə bilməz.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsinə əsasən, MMC-nin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın qanunla müəyyən edilmiş müddətdə qeydiyyat orqanına təqdim edilməməsinə görə hüquqi şəxslər 1000 manat, vəzifəli şəxslər isə 500 manat məbləğində cərimə edilirlər.

Başqa sözlə, qanunvericilik MMC-lərin nizamnamə kapitalının tam ödənilməsi barədə qeydiyyat orqanına vaxtında məlumat verməsini tələb edir. Bu öhdəliyin yerinə yetirilməməsi şirkətin inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnir.

Qeyd edək ki, “Conrad Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 100, mənzil 15-dir. Şirkətin qanuni təmsilçisi Əliyev Fuad Akif oğlu, nizamnamə kapitalı isə 100 manatdır.

Kommersiya reyestrinin məlumatlarında şirkətlə bağlı 20 may və 7 sentyabr 2026-cı il tarixlərində dəyişikliklər qeydə alınıb. Həmin dəyişikliklərdən sonra da şirkətin nizamnamə kapitalının 100 manat olduğu və qanuni təmsilçisinin Fuad Əliyev olduğu göstərilib.

Aydın