Dünya 15:41 15.10.2019

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verib.

Qaynarinfo xəbər verir ki, Suriyanın Manbic şəhərindən terrorçular tərəfindən təşkil edilən hücumda Türkiyə Silahlı Qüvvələrinin bir üzvü şəhid olub, 8 əsgər yaralanıb.

Hücumun qarşılığında 15 terrorçu zərərsizləşdirilib. 

Qeyd edək ki, ötən saatlarda Türkiyənin Mardin bölgəsinə Suriyadan təşkil edilən hücum 2 mülki vətəndaşın həyatına son qoyub, 12 nəfər isə yaralanıb.

Gülşən