Azərbaycanda bu məhsul bahalaşdı

Azərbaycanda bu məhsul bahalaşdı

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend-in məlumatına görə, oktyabrın 23-də qızılın qiyməti oktyabrın 22-i ilə müqayisədə 8,7465 manat artaraq 1 unsiya üçün 2532,6855 manat təşkil edib.

Gümüş 0,0358 manat ucuzlaşaraq 1 unsiya üçün 29,8255 manata bərabər olub.

Platinin qiyməti 7,3355 manat artaraq 1517,8195 manat, palladiumun qiyməti 20,893 manat azalaraq 2984,877 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
XƏBƏRLƏR
BLOGLAR