Rusiyanın ilk atom bombası bu cür hazırlanıb: Məxfi sənədlər açıldı (VİDEO)
"Rosatom" SSRİ-də nüvə silahının hazırlanması ilə bağlı sənədləri ilk dəfə ictimailəşdirib.
Qaynarinfo Rusiya KİV-inə isitnadən xəbər verir ki, layihə alman mütəxəssislərin iştirakı ilə hazırlanıb. Nüvə bombasının hazırlanması barədə II Dünya Müharibəsindən sonra addımlar atılıb. Atom layihəsində alman fiziklər, Nobel Mükafatının sahibi Qustav Hertz, həmçinin Nikolaus Riel, Manfred von Arden, Haynz Poze, Georq Robert Döpel iştirak edib.
SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriya 26 dekabr 1945-ci ildə Almaniyadan Elmlər Akademiyasının laboratoriyası üçün lazımi təchizatın, həmçinin nüvə bombası hazırlanması üçün kitabların gətirilməsi barədə əmr imzalayıb.
ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atmasından iki həftə sonra, 1945-ci ilin avqustunda İosif Stalinin əmri ilə atom enerjisindən istifadə ilə bağlı xüsusi komitə yaradılıb. Həmin il alman fiziklər SSRİ-yə gətirilib.
1946-cı ildə "Arzamas-16" nüvə mərkəzi yaradılıb. Bir il sonra ölkənin ilk nüvə reaktoru işə salınıb. 1949-cu ildə isə "RDS-1" atom bombası Qazaxıstanın Semipalatinsk regionunda sınaqdan keçirilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər