Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, oktyabrın 31-də qızılın qiyməti oktyabrın 30-u ilə müqayisədə 13,838 manat artaraq 1 unsiya üçün 2545,5545 manat təşkil edib.
Gümüş 0,2167 manat bahalaşaraq 1 unsiya üçün 30,4691 manata bərabər olub.
Platinin qiyməti 10,565 manat artaraq 1576,699 manat, palladiumun qiyməti 49,5465 manat artaraq 3087,9565 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir
Şərhlər