Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Trend-in məlumatına görə, noyabrın 13-də qızılın qiyməti noyabrın 12-i ilə müqayisədə 7,0635 manat artaraq 1 unsiya üçün 2482,612 manat təşkil edib.
Gümüş 0,0005 manat ucuzlaşaraq 1 unsiya üçün 28,7028 manata bərabər olub.
Platinin qiyməti 12,665 manat azalaraq 1483,505 manat, palladiumun qiyməti 30,226 manat artaraq 2900,8545 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Şərhlər