Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend-in məlumatına görə, noyabrın 15-də qızılın qiyməti noyabrın 14-ü ilə müqayisədə 2,873 manat artaraq 1 unsiya üçün 2493,22 manat təşkil edib.

Gümüş 0,0342 manat ucuzlaşaraq 1 unsiya üçün 28,8308 manata bərabər olub.

Platinin qiyməti 14,3055 manat artaraq 1500,998 manat, palladiumun qiyməti 41,089 manat artaraq 2964,46 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
XƏBƏRLƏR
BLOGLAR