Xəbər lenti

Fransa millilərində oynamış futbolçu "Neftçi"də
İdman23:18 05.07.2025

Fransa millilərində oynamış futbolçu "Neftçi"də

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi” yeni mövsüm üçün növbəti futbolçu transferini rəsmiləşdirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "ağ-qaralar”ın Mətbuat xidməti məlumat yayıb.
Fransalı vinger İmad Faraj paytaxt təmsilçisinə keçib. 26 yaşlı oyunçu ilə 3 illik müqavilə bağlanıb.
"Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu "AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.