Tramp yumşaldı:

Tramp yumşaldı: "Huawei"ə güzəşt müddəti uzadılır

ABŞ Prezidenti Donald Tramp Çinin texnologiya nəhəngi "Huawei"ə tətbiq olunan güzəştlərin müddətini uzatmaq istəyir.

Qaynarinfo xəbər verir ki, NY Times-da dərc edilən məlumata görə, Ağ Ev ABŞ firmalarına Çin şirkətinə ilə əməkdaşlıq üçün verilən lisenziyanın vaxtını artırmaq niyyətindədir. Nəzərdə tutulan güzəşt müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Huawei" keçən aylarda casusluq ittihamlarına görə ABŞ-ın ciddi sanksiyaları ilə üzləşib. "Microsoft", "Google" kimi nəhənglər şirkətlə əməkdaşlığı dayandırıb, həmçinin ölkənin digər firmalarına "Huawei"lə əlaqələri tamamilə kəsmək üçün vaxt verilib.

Gülşən
XƏBƏRLƏR
BLOGLAR