Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovuldu

Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovuldu

"Görülən işlər nəticəsində ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib".

Qaynarinfo-nun məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, bu istiqamətdə vətəndaş müraciətlərinə ciddi reaksiya verilir: "Görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisəsində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq-mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib. Eyni zamanda ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb".

Nazir deyib ki, müqavilələrinin müddəti sona çatan 80 məktəb rəhbəri barədə davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəb idarəetməsində bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib: "Təəssüf ki, bu istiqamətdə hələ də pozuntu halları ilə rastlaşırıq. 2020-ci ildə də belə hallar olarsa, yenə də  Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image