Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb.
Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏRLƏR
BLOGLAR