Xəbər lenti

Almaniyada polis komissarı olan azərbaycanlı qız (FOTO/VİDEO)
Foto 11:05 11.02.2020

Almaniyada polis komissarı olan azərbaycanlı qız (FOTO/VİDEO)

Zaman-zaman Almaniya və Azərbaycan mediasının gündəmində olan Lana Atakişiyeva bir daha diqqətləri üzərinə çəkməyi bacarıb.

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, Berlində polis komissarı işləyən azərbaycanlı qız sosial şəbəkədəki görüntüləri ilə marağa səbəb olub.

Azərbaycanlı xanım polis iş vaxtından sonra öz istirahətinə vaxt ayırır. İstirahət etdiyi yerlərdən tez-tez fotolar paylaşan Lana "Instagram"da fenomenə çevrilib.    

Qeyd edək ki, Lana 15 il əvvəl, 15 yaşında ailəsi ilə birlikdə Almaniyaya köçüb. 30 yaşlı Lana Berlinin Noyköln rayonunda polis komissarıdır.

O, bundan əlavə fitneslə məşğul olub və pianoda ifa edə bilir. O, alman, rus, türk, ingilis və fransız dillərində danışa bilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->