Ölkə 18:40 16.02.2020

Şamaxıda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub.

Qaynarinfo Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb. 

Zəlzələ 3,9 maqnitudada qeydə alınıb və zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.