ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırdı

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar yardım ayırdı

ABŞ koronavirus pandemiyası ilə mübarizə üçün Azərbaycana yardım ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ ölkəmizə 1.7 milyon dollar dəyərində yardım ayırıb. Bu yardım ölkəmizdə laboratoriya sistemlərinin hazırlanmasına, yoluxma faktlarının araşdırılması və faktlara əsasən nəzarəti aktivləşdirməyə, texniki mütəxəssislərin hazırlığına, risk kommunikasiyasını qurmağa kömək edəcək. 

ABŞ Gürcüstan və Ermənistanın hər birinə isə 1.1 milyon dollar ayrıb.

Qeyd edək ki, son 20 ildə ABŞ Azərbaycanda səhiyyə sahəsinə 41 milyon dollara yaxın yardım edib və ümumilikdə isə müxtəlif sahələrə 890 milyon dollardan çox sərmayə qoyub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR