İdman 16:22 30.03.2020

Tokio olimpiadasının yeni tarixi açıqlandı

Koronavirus pandemiyası səbəbindən təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.

Qaynarinfo Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Olimpiya Oyunlarına 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də start veriləcək. Yay Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunları isə 5 sentyabrda başa çatacaq.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti arasında razılıq əldə olunub.