Ölkə 13:52 01.04.2020

Umayra Tağıyevaya yeni vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.

Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.

Umayra Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.