Azərbaycanda son 24 saatda 57 nəfər koronavirusa yoluxub.
Qaynarinfo xəbər verir ki, bununla ölkədə infeksiyaya yoluxanların ümumi sayı 641 nəfərə çatıb.
Virusa yoluxanlardan 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.
Qeyd edək ki, dünyada 1285285 nəfər koronavirusa yoluxub. Bunlardan 70344 nəfər vəfat edib, 271870 nəfər sağalıb. Müalicə olunan 943071 nəfərdən 46005 nəfərin vəziyyəti kritikdir.
Şərhlər