Paşinyan: “Ermənistanda Covid-19-la bağlı vəziyyət fəlakətli və biabırçıdır”

Paşinyan: “Ermənistanda Covid-19-la bağlı vəziyyət fəlakətli və biabırçıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan epidemiya əleyhinə normalara riayət etməklə bağlı vəziyyəti fəlakətli adlandırıb. Onun sözlərinə görə, o, gerçək mənzərəni sosial şəbəkələrin köməyi ilə görə bilib.

O, həmçinin məktəblərdə, bazarlarda və poçt şöbələrində baş verənlərlə bağlı çaşqınlıq ifadə edərək vəziyyəti biabırçı adlandırıb.

"Sizin köməyinizlə gördüyüm mənzərə bir fəlakətdir. Dünyada bu miqyasda bir problemi həll edə biləcək bir quruluş yoxdur. Hətta polis qüvvəsini 4-5 dəfə artırsan da”, - Paşinyan Facebook-da canlı yayımda deyib.

Paşinyan özünün də koronavirusa yoluxduğunu xatırldaraq, vətəndaşları onun səhvlərini təkrarlamamağa və "uçuruma aparan yoldan geri addım atmağa" çağırıb.

"Xəstəxanalarda demək olar ki, yer yoxdur, tezliklə onlar, ümumiyyətlə, olmayacaq, çünki bir gündə bu qədər artımın qarşısını almaq olmaz. Əgər bizim tətbiq etdiyimiz normalara əməl olunsaydı, onda xəstələr 95% az olardı”.

Xatırladaq ki, bu gün Ermənistanda aşkar olunan COVID-19 hadisələrinin sayı 10,5 min nəfərdir, 170 nəfər ölüb (son bir gün ərzində 12 ölü), digər 56 yoluxmuş şəxs başqa səbəblərdən ölüb. Mayın 18-dən etibarən respublikada karantin rejimi xeyli yumşaldılıb.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR