Ehtiyatda olan zabit:

Ehtiyatda olan zabit: "Bu kampaniyanı aparanlar xarici dövlətlərdən maliyyələşənlərdir"

"Bu kampaniyanı aparanlar xarici dövlətlərdən maliyyələşənlərdir".

Bunu big.az-a açıqlamasında ehtiyatda olan zabit Şahin Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu haqqında yayılan bütün yalan xəbərlər qarayaxma kampaniyasının tərkib hissəsidir. O bildirib ki, ordu və ordu rəhbərliyi haqqında danışanlar tarixi hadisələri bilməyən insanlardır:

"Heç nədən xəbəri olmayan, xəritədə Qarabağın yerini göstərə bilməyənlər narazılıq edir, nələrsə tələb edirlər. Onlar maddiyyat güdərək öz mənafelərini hər şeydən uca tuturlar. Orduya qarşı kampaniya aparanların özlərinə baxın, araşdırın necə insanlardır. Ya yalnız xidmətini yola veriblər, ya da ümumiyyətlə xidmətdən yayınıblar. Özləri də ağızdolusu danışır, hamıya ağıl verir, səhv tuturlar. Xidmətini əsl azərbaycanlı kimi edənlər düşmənlə üz-üzə vuruşanlar, Vətənə layiqincə xidmət edənlər isə heç vaxt efirlərə çıxıb ağzına nə gəldi danışmırlar. İnternetin belə yayğın olduğu bir dövrdə əgər orduda vəziyyət pisdirsə, nəyə görə heç kim çıxıb şikayət eləmir? Fikir verin, ordunu qınayanlar ancaq küsmüş, həyatda yerini tapmamış avara insanlardır. Həmin adamlar Ordunun içində deyillər, bilmədikləri məsələlər obyektiv qiymət verə bilməzlər. Bunlara uymaq olmaz, onlar təhlükəli insanlardır, ölkədə xaos yaratmaq istəyənlərdir. 1990-cı illəri yaşamamaq üçün xalq Ordunun yanında olmalıdır, prezidentin ətrafında birləşməlidir".

Ehtiyatda olan zabitin fikrincə, çaxnaşma salmaq istəyən qüvvələrə imkan yaratmamaq lazımdır. O bildirib ki, Türkiyə ilə qardaşlığımızı bütün xalqımız dəstəkləyir, lakin buna mane olmaq istəyənlərlə birgə mübarizə aparmalıyıq:

"Ona görə də bu neqativ insanlara danışmağa fürsət verməməliyik. Qələbə bizimlədir, bunun üçün hər imkanımız var. Cəsarətli hərbçilərimiz, təcrübəli generallarımız, müasir silahlarımız və döyüş ruhlu xalqımız var. Şeyx Şamilin gözəl sözü var: "İşğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar!”. Bəli, biz öz torpaqlarımızı azad edəcəyik”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR