Xəbər lenti

Ərdoğan və Ersin Tatar Bakıya gəlir
Siyasət16:41 30.06.2025

Ərdoğan və Ersin Tatar Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.
APA-nın əldə etdiyi xəbərə görə, Türkiyə lideri iyulun 4-də Azərbaycana bir günlük səfər edəcək. Rəcəb Tayyib Ərdoğan Azərbacanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılacaq.
Şimali Kipr Türk Respublikasının Prezidenti də Azərbaycana səfərə gələcək. Ersin Tatarın səfəri iyulun 2-də baş tutacaq. Onun bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur.