Xəbər lenti

Kallasdan Ermənistan-Azərbaycan münasibətlərinin normalaşması barədə açıqlama
Siyasət 14:50 30.06.2025

Kallasdan Ermənistan-Azərbaycan münasibətlərinin normalaşması barədə açıqlama

Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər.

Trend xəbər verir ki, bunu Avropa Ittifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə bildirib.

"Bu gün Ermənistanla Azərbaycan arasındakı münasibətlər haqda müzakirə apardıq. Aİ iki ölkə arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında münasibətlərin normallaşmasına güclü dəstək verməkdə davam edir.

Bu üç prinsipə alternati mövcud deyil. Biz ikitərəfli normallaşma yolunun irəliləməsindən məmnunuq. Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda dayanıqlı sülhə yol aça bilər”, - Kallas qeyd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->