Tofiq Yaqublunun səhhəti pisləşdi

Tofiq Yaqublunun səhhəti pisləşdi

Həbsdə 17 gündür aclıq aksiyası keçirən siyasi fəal Tofiq Yaqublunun səhhəti ağırlaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Həzi  yazıb.

N.Həzinin sözlərinə görə Yaqublu ilə görüşən vəkili Aqil Layıc ona bildirib ki, dünəndən sistemlərdən və hər hansı dərmandan imtinası bu gün artıq onun səhhətinə daha da təsir edib.

"Bir az da belə davam etsə, Tofiq Yaqublunun səhhətində geridönməz fəsadlar yaşanacaq”, - deyə N.Həzi vəkilin sözlərini sitat gətirib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR